Şənbə 20.04.2024

Millimiz Slovakiyaya da qalib gəlib, qrup qalibi oldu

Millimiz Slovakiyaya da qalib gəlib, qrup qalibi oldu

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün son oyununu keçirib. Joze Alesio da Silvanın komandası üçüncü görüşündə Slovakiyaya ilə üz-üzə gəlib.

İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanan yığmamız elit-raunda vəsiqəni rəsmiləşdirmişdi. Ancaq qrup qalibi olmaq üçün futzalçılarımıza budəfəki qarşılaşmada da mütləq qələbə lazım idi. Çünki elit-raundda qrupun tərkibini müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vurmaq həlledici rol oynayacaqdı.

Azərbaycan yığması rəqibini məğlub etməklə (2:0) qrupu birinci pillədə başa vura bilib. Yığmamızın heyətində braziliyalı legionerlər - Bonilya və Vassoura fərqlənib.