Çərşənbə 24.04.2024

Azərbaycanın U-21 millisi məğlub oldu

Azərbaycanın U-21 millisi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşıb.

“Bakcell Arena”da keçirilən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür.

U-21 millimizin baş məşqçisi Milan Obradoviç oyundan sonra fikirlərini bölüşüb: "Futbolçular bu gün meydanda bütün bacarığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm. Qol epizodlarımız var idi. Əlimizə düşən şanslardan yararlanmalı idik.

İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi".