Cümə axşamı 28.03.2024

"Qarabağ" "Keşlə"ni məğlub etdi

"Qarabağ" "Keşlə"ni məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

23 xalla lider olan "Qarabağ" 10 xalla 6-cı sırada qərarlaşan "Keşlə"ni qəbul edib.

Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəlmişdilər. Bunların 31-də Ağdam klubu, 13-də isə "Keşlə" qələbə qazanmışdı. 23 qarşılaşmada ilə qalib müəyyənləşməyib. Budəfəki oyunun taleyini bir qol həll edib. Ramil Şeydayev "Qarabağ"a qələbə qazandırıb.

Turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, XI tur

19 noyabr (cümə)

“Qarabağ” – “Keşlə” - 1:0
Qol: R.Şeydayev, 49.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”