Çərşənbə axşamı 30.04.2024

"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Danimarkadan olan referilər idarə edəcək. Baş hakim Morten Kroxun köməkçiləri Nils Höq, Şteffen Bek Bramsen olacaq.

Dördüncü hakim funksiyasını Yorgen Dauqberq Burxardt icra edəcək.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Matç "CBC Sport"la canlı yayımlanacaq.