Cümə 19.04.2024

“Neftçi” xal itirdi, “Zirə” “Qəbələ”yə uduzdu

“Neftçi” xal itirdi, “Zirə” “Qəbələ”yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

İkinci oyun gününün ilk matçında "Neftçi" 3 oyundur xal qazana bilməyən "Sumqayıt"ı qəbul edib. Tərəflər arasında son 7 qarşılaşmada meydan sahibi komanda qələbə qazanmamışdı. “Neftçi” son iki ev matçında eyni - 0:2 hesabı ilə uduzmuşdu. Budəfəki görüşdə isə qalib müəyyənləşməyib.

Turun son oyunu Zirədə eyniadlı komanda ilə "Qəbələ" arasında olub. 12 turdan sonra eyni - 22 xala malik komandaların dueli maraqla gözlənilirdi. Bütün qolların ilk hissədə vurulduğu matçda "Qəbələ" qalib gələrək ikinci pilləyə yüksəlib.

XIII turun açılış matçında "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər oyunda isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1.

Azərbaycan Premyer Liqası

XIII tur

5 dekabr

“Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”.

“Zirə” – “Qəbələ” - 1:2
Qollar: D.Volkov, 45+4 – Ü.Abbasov, 32. R.Muradov, 40.
Qırmızı vərəqə: O.Hani, 86.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.

1 Qarabağ 13 9 3 1 28-8 30
2 Qəbələ 13 7 4 2 22-13 25
3 Zirə 13 6 4 3 22-14 22
4 Neftçi 13 6 3 4 20-18 21
5 Sabah 13 4 2 7 17-23 14
6 Sumqayıt 13 3 3 7 8-17 12
7 Keşlə 13 3 2 8 14-23 11
8 Səbail 13 3 1 9 11-26 10

Bombardirlər:

Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol