Cümə 19.04.2024

Çempionlar Liqası: daha 3 komanda 1/8 finalda, "Barselona" mübarizəni dayandırdı

Çempionlar Liqası: daha 3 komanda 1/8 finalda, "Barselona" mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 7 oyunu keçirilib.

Bununla da 1/8 finala növbəti 3 vəsiqənin sahibi müəyyənləşib. Bunlar E qrupundan "Benfika", G qrupundan "Zalsburq" və "Lill" komandalarıdır.

Gecənin ən diqqət çəkən məqamı "Barselona"nın 20 ildən sonra qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksələ bilməməsidir.

1/8 finala son vəsiqənin sahibi F qrupunda keçiriləcək "Atalanta" - "Vilyarreal" matçından sonra müəyyənləşəcək. Bu qarşılaşma güclü qar yağışı səbəbindən təxirə salınıb. Oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bunadək "Yuventus", "Çelsi", PSJ, "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Ayaks", "Sportinq", "Real Madrid", "Atletiko Madrid", "Bayern Münhen" və "İnter" klubları 1/8 finala vəsiqə əldə etmişdi.

UEFA Çempionlar Liqası,

Qrup mərhələsi, 6-cı tur

8 dekabr

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: Yaremçuk, 16. Jilberto, 22.

“Bayern” (Almaniya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Müller, 34. Sane, 43. Musiala, 62.

Xal durumu: Bayern – 18, Benfika – 8, Barselona – 7, Dinamo – 1.

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 1:1
Qollar: Qrinvud, 9 – Rider, 42.

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb

Xal durumu: Mançester Yunayted – 11, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 5.

G qrupu

“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) - 1:0
Qol: Okafor, 50.

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) - 1:3
Qollar: Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.

Xal durumu: Lill – 11, Zalsburq – 10, Sevilya – 6, Volfsburq – 5.

H qrupu

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 1:0
Qol: M.Kin, 18.

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:3
Qollar: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 – Verner, 2; 85. Lukaku, 62.

Xal durumu: Yuventus – 15, Çelsi – 13, Zenit – 4, Malmö – 1.