"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Ağdam klubu H qrupundakı sonuncu - 6-cı oyununda səfərdə İsveçrə təmsilçisi "Bazel"lə üz-üzə gəlib. "Sankt Yakob-Park" stadionunda oynanılan və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edib. Rəqiblər arasında Bakıdakı oyunda hesab açılmamışdı.
Qrupdan çıxması dəqiqləşmiş hər iki komanda 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparıb. "Qarabağ" qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməli idi. Ancaq təmsilçimiz 0:3 hesabı ilə uduzaraq pley-offa qrup ikincisi kimi yüksəlib.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
"Bazel" (İsveçrə) - "Qarabağ" - 3:0
Qollar: A.Kabral, 33; 74. P.Kasami, 62.
Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)
Bazel, "Sankt Yakop-Park" stadionu.
Xal durumu:
Bazel - 14
Qarabağ - 11
Omoniya - 4
Kayrat - 2