Cümə 29.03.2024

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəllidir

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəllidir

"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.

Bunlar Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtyullan", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" (Vyana) komandalarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü dekabrın 13-də atılacaq. Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.