Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib. Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Azərbaycan futbolu tarixində ilk dəfə avrokuboklarda qrup səddini aşan Ağdam klubunu təbrik edən ölkə başçısı pley-off oyunlarında da futbolçulara uğurlar arzulayıb.
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl prezidentə “10 nömrəli” forma və üzərində futbolçuların imzası olan top hədiyyə edib.