Bu gün futzal üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.
FHN-in İdman-sağlamlıq mərkəzində keçirilən qarşılaşmada yığmamız yenə məğlubiyyətlə üzləşib. Komandamız bu dəfə 1:5 hesabıyla uduzub. Millimizin yeganə qoluna Qalo imza atıb.
Komandalar arasında ötən gün baş tutan ilk görüşdə Ukrayna yığması 4:0 hesablı qələbəyə sevinmişdi.
Beynəlxalq yoldaşlıq oyunu
19 dekabr
Azərbaycan – Ukrayna - 1:5
Qollar: Qalo, 19:40 – Petro Şoturma, 5:39. Qalo, 22:11 (avtoqol). Daniel Abakşin, 23:55. İqor Korsun, 31:55. Aleksandr Suxov, 39:00
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Knyaz Əmiraslanov
Hakim-inspektor: Azər Əsgərov
Timekeeper: Rza Məmmədov
Bakı. FHN-in İdman-sağlamlıq mərkəzi