Cümə 19.04.2024

"Qarabağ"ın qış planı

"Qarabağ"ın qış planı

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib. Klubdan verilən məlumata görə, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda "Gloria Sports Arena"da məskunlaşacaq.

"Qarabağ" yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Ağdam təmsilçisi səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

"Qarabağ"ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.