“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.
Klubdan verilən məlumata görə, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu 78 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb.
29 yaşlı yarımmüdafiəçi daha öncə “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor”da çıxış edib.