Cümə 19.04.2024

Şəhriyar Məmmədyarov “Tata Steel Masters”də ilk qələbəsini qazandı

Şəhriyar Məmmədyarov “Tata Steel Masters”də ilk qələbəsini qazandı

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.

Şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

14 şahmatçının iştirak etdiyi və dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.