Cümə 19.04.2024

İlin ilk Qran-prisində 13 cüdoçumuz mübarizə aparacaq

İlin ilk Qran-prisində 13 cüdoçumuz mübarizə aparacaq

Beynəlxalq Cüdo Federasiyasının yarış təqviminə əsasən, yanvarın 28-dən 30-dək Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək.

İlin ilk nüfuzlu yarışında Azərbaycanın 13 cüdoçusu iştirak edəcək.

Kişilərin mübarizəsində Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) mübarizə aparacaq.

Qran-pridə 45 ölkədən 398 idmançı iştirak edəcək.