Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Joze Alesio Da Silvanın çalışdırdığı komanda D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşıb. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmanı portuqaliyalı Migel Kastilyu idarə edib.
Qrupun digər oyununda Bosniya Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan millisi isə 1/4 finala vəsiqəni təmin edib.
Millimiz qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb. Xallarını 4-ə çatdıran İspaniya 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya Herseqovinaya böyük hesabla qallib gəlməlidir, eyni zamanda İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.
Avropa çempionatı
D qrupu, II tur
26 yanvar
İspaniya - Azərbaycan - 2:2
Qollar: Raul Qomez, 11:28, Lozano, 30:01 - Lozano, 9:16 (ö/q), İsa Atayev, 16:38
Baş hakim: Migel Kastilyu (Portuqaliya)
Qroningen. "Martini Plaza"