Cümə 26.04.2024

"Zirə" qış fasiləsində 2-ci transferini reallaşdırdı

"Zirə" qış fasiləsində 2-ci transferini reallaşdırdı

"Zirə" yeni futbolçu ilə anlaşıb. Klubdan verilən məlumata görə, Brayan Alseusla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

Bu, "Zirə"nin qış fasiləsində 2-ci transferi olub. Paytaxt təmsilçisi daha əvvəl fransalı yarımmüdafiəçi Hamidu Keytanı heyətinə qatıb.