Cümə 19.04.2024

Portuqaliya Qran-prisində Azərbaycanı 5 cüdoçu təmsil edəcək

Portuqaliya Qran-prisində Azərbaycanı 5 cüdoçu təmsil edəcək

Cüdo üzrə Portuqaliya Qran-prisində iştirak etmək üçün Almada şəhərinə yollanan Azərbaycan millisinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ikinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı idmançılar sabah başlayan yarışda Azərbaycanı təmsil edəcəklər:

-60 kq. çəki dərəcəsi
Balabəy Ağayev
Rövşən Əliyev

- 100 kq. çəki dərəcəsi
Adil Kərimli

+100 kq. çəki dərəcəsi
Uşanqi Kokauri
İmran Yusifov

Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:

-66 kq.
Yaşar Nəcəfov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib.

- 73 kq.
Nəriman Mirzəyev - Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib.

Zaməddin Poladov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib.

- 81 kq.
Zelim Tçkayev - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

-90 kq.
Rüfət İsmayılov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib.

-48 kq.
Aydan Vəliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.
Şəfəq Həmidova - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

-52 kq.
Səbinə Əliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.

Azərbaycan Cüdo Federasiyası PCR test nəticəsi pozitiv olan heyət üzvlərinin müalicəsi üçün bütün tədbirləri gördüyünü ictimaiyyətin diqqətinə çatdırıb.

28-30 yanvar tarixləri aralığında keçiriləcək Portuqaliya Qran-prisinin medal döyüşləri Bakı vaxtı ilə saat 21:00-da "CBC Sport"la canlı yayımlanacaq.