Cümə 26.04.2024

“Neftçi” növbəti transferini açıqladı

“Neftçi” növbəti transferini açıqladı

“Neftçi” daha bir transferə imza atıb. Klubdan verilən məlumata görə, azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.

Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olan Əliyev Rusiyanın “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib.

“Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer etmişdi.