Çərşənbə axşamı 23.04.2024

Azərbaycan komandası dünya kubokuna qələbə ilə başladı

Azərbaycan komandası dünya kubokuna qələbə ilə başladı

İsveçrənin Sankt Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku start götürüb.

6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı "Land of Fire" komandası təmsil edir. Elçin Camallının rəhbərlik etdiyi kollektiv ilk görüşündə "Pier Jüe" klubu ilə qarşılaşıb və rəqibinə 7:2,5 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

"Land of Fire" komandası yanvarın 29-da yarımfinal oyununa çıxacaq. Rəqib bugünkü qarşılaşmalardan sonra məlum olacaq.

Qeyd edək ki, turnir yanvarın 30-dək davam edəcək. Təmsilçimizin oyunları "CBC Sport"la canlı yayımlanır.