Bazar 06.07.2025

Dünya kuboku: Azərbaycan komandası bu gün yarımfinal oyununa çıxır - FOTO

İsveçrənin Sankt Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kubokunda ilk tur geridə qalıb.

6 komanda arasında keçirilən 3 oyunun nəticəsinə əsasən, reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda müəyyənləşib.

Turun ilk oyununda təmsilçimiz “Land of Fire-Azerbaijan” rəqibinə 7:2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda olub.

“Clinique La Prairie” kollektivi ilə “World Polo League” komandası arasında təşkil edilən matç 8,5:3 hesabı ilə birincinin xeyrinə bitib. Günün son matçında isə “Badrutt’s Palace” “Casablanca” üzərində 4:1 hesablı qələbə qazanıb.

Turnirin qaydalarına əsasən, ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək komandaların rəqibləri reytinq xallarına görə bəlli olub.

Bu gün keçiriləcək yarımfinal mərhələsində “Clinique La Prairie” “Casablanca” komandasına, “Land of Fire-Azerbaijan” isə “Badrutt’s Palace” komandası ilə mübarizə aparacaq.

Azərbaycan klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.