Cümə 19.04.2024

Azərbaycan Kuboku: bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Kuboku: bu gün daha 2 oyun keçiriləcək

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.

Günün son oyunu ötən mövsümün finalçısı "Sumqayıt"la "Qəbələ" arasında olacaq. "Kapital Bank Arena"dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabarov olacaq.

1/4 finalın ilk oyun günündə "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəib, "Neftçi" isə "Sabah"la heç-heçə edib - 1:1.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

2 fevral (çərşənbə)

17:00. "Zirə" – "Səbail"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.

19:15. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena".