Cümə axşamı 28.03.2024

Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO

Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO

Azərbaycan milli komandasının üzvü Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək. Polşanın “Legiya” klubu ilə yollarını ayıran 24 yaşlı futbolçu sözügedən ölkənin ən titullu kollektivi “Dinamo Zaqreb”ə transfer olunub. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmasa da, klubun saytında Mahirlə çoxillik anlaşma əldə olunduğu qeyd olunub.

“Dinamo”ya keçdiyi üçün şad olduğunu qeyd edən millimizin futbolçusu klubun saytına açıqlamasında daha sonra bunları dilə gətirib:

“Dinamo Zaqreb” davamlı olaraq Xorvatiya çempionu olan və xüsusilə son illərdə avrokuboklarda müntəzəm şəkildə çıxış edən klubdur. Tarixi uğurlar əldə edən komanda Xorvatiyada və ölkə xaricində böyük hörmətə malikdir. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur.

Oyunumla və fədakarlığımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram. "Dinamo" bir futbol klubundan daha artıqdır. Çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir. Bu da burada olmaqdan qürur duymağım üçün daha bir səbəbdir. “Dinamo” üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".

Qeyd edək ki, Mahir Emreli “Dinamo Zaqreb”in heyətində 11 nömrəli forma ilə çıxış edəcək.

Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO
Mahir Emreli "Dinamo Zaqreb"də - FOTO