Cümə 30.09.2022

"Sabah" braziliyalı futbolçu transfer etdi - FOTO

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Kristian da Silva Fil bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Klubdan verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.

Yeni transfer "Sabah"da 15 nömrəli formada çıxış edəcək.