Cümə 29.03.2024

Cüdoçularımız Paris turnirini iki medalla başa vurdu

Cüdoçularımız Paris turnirini iki medalla başa vurdu

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində Braziliya, Türkiyə və Gürcüstan idmançılarını məğlub edən Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Murao ilə üz-üzə gəlib. Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.

100 kq-dan artıq çəkidə mübarizə aparan Uşangi Kokauri isə final yolunda Monako, Fransa və Cənubi Koreya təmsilçilərini məğlub edib. Həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olan Kokauri gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycan Paris turnirində 6 cüdoçu ilə təmsil olunub. Yarışda 52 ölkədən 285 idmançı iştirak edib.