Şənbə 20.04.2024

"Qarabağ" "Marsel"ə məğlub oldu

"Qarabağ" "Marsel"ə məğlub oldu

“Qarabağ” bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Ağdam təmsilçisi Fransada "Marsel"lə üz-üzə gəlib.

"Velodrom" stadionunda oynanılan qarşılaşmanı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib. 4 qolun qeydə alındığı matçda meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyun

17 fevral

"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan) - 3:1
Qollar: A.Milik, 41; 44. D.Paye, 90+2 – K.Borges, 85.
Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)
Marsel, "Velodrom" stadionu.