Cümə axşamı 18.04.2024

Qurban Qurbanov: "Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik"

Qurban Qurbanov: "Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzduqları UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib:

"Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq. "Marsel"in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım.

Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik. Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik".

Komandalar arasında cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.