Cümə 26.04.2024

Cüdo millimiz Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

Cüdo millimiz Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

Cüdo üzrə Azərbaycan milli komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Böyük Dəbilqəni 34 ölkə arasında 2-ci pillədə başa vurub.

Yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Rüfət İsmayılov (90 kq) və Uşangi Kokauri (+100 kq) yarışla erkən vidalaşıb.

Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.

Azərbaycan yığması kişilərin yarışında komanda hesabında birinci yeri tutub.