Çərşənbə axşamı 04.10.2022

"Mançester Yunayted" məğlubiyyətdən xilas oldu, "Ayaks" qələbəni əldən verdi

"Mançester Yunayted" məğlubiyyətdən xilas oldu, "Ayaks" qələbəni əldən verdi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub. Sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.

Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə "Mançester Yunayted" arasında olub. "Vanda Metropolitano" stadionunda oynanılan görüşü rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar ikinci hissənin sonlarında məğlubiyyətdən xilas olmağı bacarıblar.

Digər matçda isə Niderland təmsilçisi "Ayaks" Portuqaliyada "Benfika" ilə qarşılaşıb. "Eştadiu du Benfika" stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olub. Bu oyun isə məhsuldarlığı ilə diqqət çəkib. 4 qolun qeydə alındığı dueldə qonaqlar qələbəni əldən veriblər.

Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

23 fevral

"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Qollar: Joao Feliks, 7 - Antoni Elanqa, 80
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
Qollar: Sebastyan Aller, 26 (avtoqol). Roman Yaremçuk, 72 - Duşan Tadiç, 18. Sebastyan Aller, 29
Baş hakim: Slavko Vinçiç (Sloveniya)