Şənbə 20.04.2024

"Neftçi" "Sabah"a, "Qəbələ" "Sumqayıt"a qalib gəldi

"Neftçi" "Sabah"a, "Qəbələ" "Sumqayıt"a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Əvəlcə diqqətlər "Bank Respublika Arena"ya yönəlib. "Sabah" "Neftçi"ni qəbul edib. FIFA referisi Rauf Cabbarova tapşırılan qarşılaşmanın taleyini bir qol həll edib. Sezar Meza Kollinin qolu "ağ-qaralar"a 3 xal qazandırıb.

Günün son oyunu "Sumqayıt" və "Qəbələ" arasında olub. "Kapital Bank Arena"da baş hakim Vüqar Həsənlinin idarə etdiyi matç bölgə təmsilçisinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb.

Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XVII tur

27 fevral (bazar)

"Sabah" – "Neftçi" - 0:1
Qol: S.M.Kolli, 50.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".

“Sumqayıt” – “Qəbələ” - 0:4
Qollar: R.Utziq, 2. R.Renato, 39. R.Muradov, 41. M.Musayev, 68.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”.