Çərşənbə axşamı 04.10.2022

"Qarabağ" "Keşlə"nin müqavimətini qıra bilmədi, "Zirə" qalib gəldi

"Qarabağ" "Keşlə"nin müqavimətini qıra bilmədi, "Zirə" qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun daha iki oyunu keçirilib.

"ASCO Arena"da "Səbail" "Zirə"ni qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Ağabala Ramazanov "Zirə"yə qələbə qazandırıb.

Tura "ASK Arena"da təşkil olunan "Keşlə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulub. Tərəflərin cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

İlk oyun günündə "Neftçi" "Sabah"ı səfərdə 1:0, "Qəbələ" isə "Sumqayıt"ı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası, XVII tur

28 fevral (bazar ertəsi)

“Səbail” – “Zirə” - 0:1
Qol: A.Ramazanov, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

“Keşlə” – “Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”