Cümə axşamı 25.04.2024

Millimizin oyunlarının təqvimi Belarusa görə dəyişdirildi

Millimizin oyunlarının təqvimi Belarusa görə dəyişdirildi

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.

Azərbaycan – Xorvatiya
17 mart. Karlovats şəhəri. Mladost Arena. Saat 20:00

Latviya – Azərbaycan
18 mart. Karlovats şəhəri. Mladost Arena. Saat 20:00