Cümə 29.03.2024

“Keşlə” “Sabah”a uduzdu, “Qarabağ” “Qəbələ”ni 5 qolla məğlub etdi

“Keşlə” “Sabah”a uduzdu, “Qarabağ” “Qəbələ”ni 5 qolla məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Sabah" "Keşlə"nin qonağı olub. "ASK Arena"dakı matçı FIFA referisi İnqilab Məmmədov idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. "Sabah" son dəqiqələrdə "Keşlə"yə qalib gəlməyi bacarıb.

Tur mərkəzi oyunla başa çatıb. Turnir cədvəlinə başçılıq edən "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni sınağa çəkib. Görüşdə ədaləti FIFA dərəcəli hakim Elçin Məsiyev qoruyub. 6 qolun qeydə alındığı matçda Ağdam təmsilçisi 5 qolla qələbə qazanıb.

İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"a 1:0, "Neftçi" isə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XVIII tur

6 mart (bazar)

"Keşlə" – "Sabah" - 0:1
Qol: Z.Oçiqava, 88.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASK Arena".

"Qarabağ" – "Qəbələ" - 5:1
Qollar: K.Borges, 16. İ.Vadji, 50. K.Medina, 65. F.Ozobiç, 68. A.Zubir, 89 – İ.Alimi, 40-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Azersun Arena".