Çərşənbə axşamı 04.10.2022

"Real Madrid" və "Mançester Siti" 1/4 finalda

"Real Madrid" və "Mançester Siti" 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Gecənin prinsipial qarşılaşmasında PSJ İspaniyada "Real Madrid"lə münasibətlərə aydınlıq gətirib. İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı. Madriddəki görüşdə "Real" 3:1 qalib gələrək adını 1/4 finala yazdırıb.

Gecənin digər matçında "Mançester Siti" klubu evdə Portuqaliya təmsilçisi "Sportinq"i sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll etmişdi. Cavab oyununda qapılar toxunulmaz qalıb və "Mançester Siti" mərhələ adlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

9 mart

"Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 3:1
Qollar: Benzema, 61; 76; 78 – Mbappe, 39.
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0