Cümə 30.09.2022

"Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqi üzrə yeni cədvəlini açıqlayıb.

"Qarabağ" ötən ayla müqayisədə 54 pillə irəliləyib. 300 klubun yer aldığı siyahıda Ağdam təmsilçisi 129 xalla 108-ci pillədə qərarlaşıb. Argentinanın "İndependyente" və "Defensa Xustisiya", eləcə də Ukraynanın "Şaxtyor" (Donetsk) klubları da eyni xala malikdir.

IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alırdı. Siyahının genişləndirilməsi nəticəsində "Neftçi" də "300-lüy"ə daxil olub. Hazırda "ağ-qaralar" 81,5 xalla 236-cıdır.

Siyahıya 310 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliyanın "Palmeyras" klubu (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.