Cümə 29.03.2024

“Keşlə” “Səbail”ə, “Qarabağ” “Sabah”a qalib gəldi

“Keşlə” “Səbail”ə, “Qarabağ” “Sabah”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında autsayder "Səbail" "ASCO Arena"da "Keşlə" ilə üz-üzə gəlib. Komandalar arasında son 4 görüşdə “Keşlə” uduzmayıb. “Səbail”in meydanındakı son üç matçda hər iki komanda qol vurub. Sənan Qurbanovun komandası məğlubiyyətsizlik seriyasını bu görüşdə də davam etdirib. "Keşlə" 3 xalı 3 qolla qazanıb.

Günün ikinci qarşılaşmasında "Sabah" lider "Qarabağ"la qarşılaşıb. Ağdam təmsilçisi son 6 oyunda rəqibinə qalib gəlib. “Sabah” indiyədək qələbə qazanmayıb. Matçın taleyini bir qol həll edib. Bu mövsüm 8-ci qolunu vuran Abdullah Zubir "Qarabağ"a qələbə qazandırıb.

Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XIX tur

12 mart (şənbə)

“Səbail” – “Keşlə” - 0:3
Qollar: P.Azadov, 17. R.Hacıyev, 21. T.Vəlizadə, 90+5
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”

“Sabah” – “Qarabağ” - 0:1
Qol: A.Zubir, 30
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”