Cümə 19.04.2024

Emin Mahmudov bir qolla iki yubiley qeyd etdi

Emin Mahmudov bir qolla iki yubiley qeyd etdi

“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer Liqanın XIX turunun “Sumqayıt”la oyununda dubla imza atıb. Yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub.

Emin Premyer Liqada 20-ci qolunu vurub. O, Azərbaycan çempionatında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran yarımmüdafiəçi 109-cu matçını keçirib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Mahmudovun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən “Neftçi”də çıxış edən Emin həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.

Qeyd edək ki, “Neftçi” bu görüşdə 2:1 hesablı qələbə qazanıb.