Cümə axşamı 28.03.2024

APOEL - "Qarabağ" matçının hakimləri açıqlandı

APOEL - "Qarabağ" matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ"ın Kiprdə APOEL-lə keçirəcəyi oyun üçün bütün təyinatlar açıqlanıb.

Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.

Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.