Çərşənbə axşamı 19.03.2024

Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

"Vilyarreal" İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edib. İlk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. Budəfəki matçda İspaniya təmsilçisi 3 cavabsız qolla qələbə qazanaraq mərhələ adlayıb.

Gecənin digər oyununda "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. Görüşün baş hakimi italiyalı Davide Massa olub. Londondakı ilk oyunda "zadəganlar" 2:0 hesablı qələbə qazanmışdılar. Cavab qarşılaşmasında da qalib gələn ingilislər növbəti mərhələyə yüksəliblər.

Beləliklə, UEFA Çempionlar Liqasında İngiltərənin "Liverpul", “Çelsi” və "Mançester Siti", İspaniyanın "Real Madrid", “Vilyarreal” və "Atletiko Madrid”, həmçinin Almaniyanın "Bayern Münhen" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə ediblər. Bu mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 fina

Cavab oyunları

16 mart

"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3
Qollar: Jerar Moreno, 78 (pen.). Pau Torres, 85. Danjuma, 90+2 (pen.)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1

"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Burak Yılmaz, 38 (pen.) - Kristian Pulişiç, 45+3. Sesar Asplikueta, 71
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun - 0:2.