Cümə axşamı 28.03.2024

"Sabah" braziliyalı hücumçu transfer etdi

"Sabah" braziliyalı hücumçu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son komandası Ukrayna təmsilçisi “Vorskla” (2021/22) olub.

Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.