Şənbə 20.04.2024

Canni De Byazi: "Başa düşürük ki, milliyə təcrübəli oyunçular da lazımdır"

Canni De Byazi: "Başa düşürük ki, milliyə təcrübəli oyunçular da lazımdır"

Martın 25-də Maltada Malta, 29-da isə Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının Bakı Olimpiya stadionunda mətbuat üçün açıq məşqi olub. Məşqdən əvvəl təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

“Novruz bayramınız mübarək. COVID-19 pandemiyası ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq, Eddi İsrafilov və Dmitri Nazarovu əvvəlki toplanışlara çağırmırdıq, daha çox gənclərə üstünlük verirdik. İndi vəziyyət fərqlidir, başa düşürük ki, milliyə təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçulara dəvət göndərdim.

Bu toplanışda dəvət göndərdiyimiz oyunçulara əsasən oyunlarda taktiki dəyişikliklər olacaq. Mənim üçün ən vacibi nəticədir, qələbə qazanmaqdır. Qələbə öz-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq. İyunda, qısa müddətdə 4 oyun keçirəcəyik. Slovakiyanı çıxmaq şərtilə, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik olmalıdır. Kimin oynamasının, kimin tribunada oturmasından asılı olmayaraq, hamı bir məqsəd, bayraq üçün mübarizə aparmalıdır.

Rüstəm Əhmədzadəni oyun təcrübəsi qazanması üçün U-21-ə göndərdik. Amma Namik Ələskərovun yüngül zədəsi olduğu üçün qarşıdakı oyunlarda iştirakı sual altındadır. Bu səbəbdən Rüstəmi yenidən milli komandaya dəvət etdik. Millimizin gələcəyi olan oyunçulardandır”.