Cümə 19.04.2024

Azərbaycan millisi Latviyaya uduzdu

Azərbaycan millisi Latviyaya uduzdu

Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib. Yığma komandamız Latviya seçməsi ilə üz-üzə gəlib.

Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşma millimizin tarixində Latviyaya qarşı 5-ci görüş olub. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan yığması qələbə qazanıb.

Budəfəki oyunun taleyini bir qol həll edib. 85-ci dəqiqədə künc zərbəsindən sonra Vladislav Qutkovskis latviyalılara qələbə qazandırıb.

Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.