Çərşənbə axşamı 23.04.2024

Azərbaycan millisi FIFA reytinqində 8 pillə gerilədi

Azərbaycan millisi FIFA reytinqində 8 pillə gerilədi

Azərbaycan millisi FIFA reytinqində 8 pillə geriləyib. Canni De Byazinin çalışdırdığı komanda 1126 xalla 129-cu sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzması səbəb olub. Komanda ötən reytinqdə 1139 xalla 121-ci olub.

Reytinqin ilk pilləsində dəyişiklik baş verib. Belçikanı (1827) geridə qoyan Braziliya (1832) birinci sıraya yüksəlib. 1789 xala malik Fransa üçüncüdür. Türkiyə millisi 1461 xalla 43-cü yerdədir.