Şənbə 20.04.2024

“Qarabağ” 5, “Sabah” 3 qolla qələbə qazandı

“Qarabağ” 5, “Sabah” 3 qolla qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib.

Turun açılış matçında lider "Qarabağ" "Azersun Arena"da autsayder "Səbail"i qəbul edib. Ağdam təmsilçisi texniki nəticə nəzərə alınmasa, bütün ev oyunlarında qəsəbə klubuna qalib gəlib. "Səbail" ilk dəfə səfərdə qol vurmağı bacarıb. Ancaq qapısında 5 top görüb.

Günün digər oyunu Sumqayıtdakı "Kapital Bank Arena"da yerli komanda ilə "Sabah" arasında olub. Paytaxt təmsilçisi 3 xalı 3 cavabsız qolla aktivinə yazıb.

Tura sabah keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

2 aprel (şənbə)

"Qarabağ" – "Səbail" - 5:1
Qollar: L.Andrade, 3; 41. R.Şeydayev, 53; 56. E.Cəfərquliyev, 86 – N.Raysel, 62-pen
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena".

“Sumqayıt” – “Sabah” - 0:3
Qollar: A.İsayev, 22. X.Kamara, 25. C.L.Mikels, 50
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.