Cümə axşamı 28.03.2024

"Neftçi" "Zirə" ilə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

"Neftçi" "Zirə" ilə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Son oyun günündə də 2 qarşılaşma keçirilib.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında olub. Tərəflər arasında son üç görüşdə hər iki komanda qol vurmuşdu. “Qəbələ” son iki ev matçında qalib gəlmişdi, ancaq meydan sahibləri bu dəfə rəqibin müqavimətini qıra bilməyiblər - 1:1.

Turun mərkəzi oyununda "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. “Ağ-qaralar” son üç oyunda qəsəbə təmsilçisini məğlub etmişdi. Bugünkü görüşdə isə komandalar meydandan hərəyə bir qol, bir xalla ayrılıblar.

İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XXI tur

3 aprel (bazar)

"Qəbələ” – “Keşlə” - 1:1
Qollar: O.Hani, 47 – M.Giqauri, 32.
Qırmızı vərəqə: T.Quliyev, 51, K.Bayramov, 64 (ikinci sarı)
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu.

"Neftçi” – “Zirə” - 1:1
Qollar: T.Bezerra, 90+6-pen – A.Ayzaya, 88.
Qırmızı vərəqə: E.İsrafilov, 77 (ikinci sarı) – C.Diniyev, 59 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.