Şənbə 20.04.2024

AFFA-nın "Şamaxı" ilə bağlı müraciətinə UEFA-dan müsbət cavab

AFFA-nın "Şamaxı" ilə bağlı müraciətinə UEFA-dan müsbət cavab

AFFA-nın Lisenziyalaşdırma Qrupu “Şamaxı” Futbol Klubunun “Keşlə” futbol klubunun varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün UEFA-ya müraciət etmişdi.

Qitə futbol qurumunun “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən, UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib.