Şənbə 20.04.2024

"Neftçi" "Şamaxı"nı məğlub etdi, "Zirə" "Sabah"a uduzdu

"Neftçi" "Şamaxı"nı məğlub etdi, "Zirə" "Sabah"a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçı Şamaxıda təşkil olunub. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edib. Bu, bölgə təmsilçisinin yeni adla ölkə çempionatda ilk qarşılaşması olub. Üç qolun vurulduğu oyunda "Neftçi" 2:1 hesablı qələbə qazanıb.

Günün ikinci görüşü paytaxta, Bank Respublika Arena olub. "Zirə" "Sabah"la qarşılaşıb. Tərəflər arasında son üç görüşdə uduzmayan “Zirə” bu dəfə meydanı məğlub tərk edib.

XXII tura sabah keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXII tur

9 aprel (şənbə)

“Şamaxı” – “Neftçi” - 1:2
Qollar: R.Hacıyev, 10 – T.Bezerra, 60. R.Maçado, 72.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu

“Sabah” – “Zirə” - 3:1
Qollar: Z.Oçiqava, 40. C.L.Mikels, 58. X.S.Rodriqes, 90+5 – H.Keyta, 48
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena