Cümə 30.09.2022

Qadın futbolçulardan ibarət millimiz qrup lideri ilə bacarmadı

Qadın futbolçulardan ibarət millimiz qrup lideri ilə bacarmadı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Yığma komanda E qrupunda Danimarka seçməsinin qonağı olub. Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

DÇ-2023, seçmə mərhələ

VIII tur

Danimarka – Azərbaycan - 2:0
Qollar: Stine Larsen, 2. Karen Holmqar, 76.
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha
Viborq stadionu.