Cümə 30.09.2022

Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

"Liverpul" ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi "Benfika"nı qəbul edib. Qol baxımından məhsuldarlığı ilə diqqət çəkən qarşılaşmada tərəflər hərəyə 3 dəfə fərqləniblər. İki oyunun nəticəsinə əsasən "Liverpul" mərhələ adlayıb.

"Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"sunun qonağı olub. "Şəhərlilər" evdəki ilk görüşdə minimal hesablı qələbə qazanmışdı. İspaniyadakı duel qolsuz bitdiyindən "Mançester Siti" adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinalda "Liverpul" "Vilyarreal"la, "Mançester Siti" isə "Real Madrid"lə qarşılaşacaq. İlk görüşlər 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

"Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1

"Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3
Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 - Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1