Cümə 26.04.2024

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.

Bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qurbanovla görüşüb. AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib
AFFA prezidenti Qurban Qurbanovu təbrik edib