Cümə 29.03.2024

Avropa Liqası: “Barselona” və “Atalanta” mübarizəni dayandırdı, “Vest Hem” yarımfinalda

Avropa Liqası: “Barselona” və “Atalanta” mübarizəni dayandırdı, “Vest Hem” yarımfinalda

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Gecənin ilk matçı İtaliyada "Atalanta" və "Leyptsiq" arasında olub. İlk qarşılaşmada qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə 2 cavabsız qolla qalib gələn "Leyptsiq" mərhələ adlayıb.

"Barselona" "Ayntraxt" klubunu qəbul edib. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınmışdı - 1:1. Budəfəki dueldə qapılara ümumilikdə 5 top vurulub. Üstün tərəf olan Almaniya təmsilçisi yarımfinala yüksəlib.

"Vest Hem"i Fransada "Lion"un qonağı olub. Bu komandaların da ilk dueli bərabərliklə başa çatmışdı - 1:1. İkinci oyunda rəqibi 3:0 hesabı ilə üstələyən ingilislər adlarını yarımfinala yazdırıblar. "Braqa" isə Şotlandiya "Reyncers"lə üz-üzə gəlib. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanmışdı - 1:0. Cavab qarşılaşmasında qalib gələn "Reyncers" növbəti mərhələyə yüksəlib.

Beləliklə də, Avropa Liqasının yarımfinalında "Vest Hem" "Ayntraxt"la, "Reyncers" isə "Leyptsiq"lə qarşılaşacaq. İlk oyunlar aprelin 28-i, cavab qarşılaşmaları isə mayın 5-i keçiriləcək.

UEFA Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

"Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qol: Kristofer Nkunku, 18; 87 (pen)
İlk oyun - 1:1

"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar: Serxio Busqets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36
Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")
İlk oyun - 1:1

"Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3
Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48
İlk oyun - 1:1

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1
Qollar: Ceyms Tavernye, 2; 44 (pen.). Kemar Ruf, 101 - David Karmu, 83
Qırmızı vərəqə: Vitor Tormena, 43, Yuri Madeyruş, 105 (hər ikisi "Braqa")
İlk oyun - 0:1